“Facebook”un işində problem yaranıb

“Facebook” sosial şəbəkəsinin işində problem yaranıb.

ONN media  xəbər verir ki, bu barədə “Downdetector” servisi xəbər yayıb.

Problem əsasən ABŞ və Latın Amerikası ölkələrində müşahidə edilib.

İstifadəçilərdən 52%-i səhifəyə daxil ola bilməyib, 31% -i avtorizasiya zamanı, 15%-i isə mobil versiyada problem yarandığını bildirib.