Ermənistanda seçkiləri boykot etdilər

Ermənistan Kommunist Partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edib.

ONN media  xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, seçkini boykot etmələrinin səbəbi ölkədə sağlam olmayan siyasi mühit, qeyri-bərabər mübarizə şəraitinin mövcudluğudur.

Partiya Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı başlayan cinayət işlərinə qarşı çıxıb.(publika.az)