ONN İnformasiya Agentliyi

Binədə fəaliyyət göstərən marşrut bağlandı

Binədə fəaliyyət göstərən marşrut bağlandı
20 Noyabr 2018 - 15:08

Sabahdan etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

ONN media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istismarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

Məlumat üçün bildiririk ki, 160 nömrəli şəhərətrafı və 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Binə qəsəbəsi daxilində tam olaraq üst-üstə düşürdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png