ONN İnformasiya Agentliyi

Bakıya giriş-çıxış bağlandı

Bakıya giriş-çıxış bağlandı
23 Noyabr 2018 - 21:57

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb.

ONN media xəbər verir ki, yolda olan sürücülərin Modern.az-a verdiyi məlumata görə, yolda tıxac 2 saata yaxındır davam edir. 20 yanvar dairəsi bağlandığından həm Bakıya giriş, həm də şəhərdən çıxış mümkünsüz olub. Sumqayıta getmək istəyən sərnişinlərin böyük bir hissəsi isə metronun 20 yanvar stansiyasının yaxınlığındakı körpünün üstünə çıxıb avtomobil gözlədiklərindən həmin yolda da avtomobillər yalnız bir cərgə hərəkət etmək məcburiyyətində qalıb.

Əraziyə əlavə polis qüvvələri cəlb olunsa da, hələ ki problemi həll etmək mümkün olmayıb. Tıxacın hansı səbəbdən yaranması ilə bağlı hər hansı məlumat verilmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png