Elvin Abdullayev toya çatmaq üçün elə birşey etdi ki…

Müğənni Elvin Abdullayev toya metro ilə gedib. 

ONN media xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat verib.  

O, tıxaca düşdüyünü, məclisə gecikməmək üçün metrodan istifadə etdiyini bildirib: “Toya gedirəm, bir də nə görsəm yaxşıdır? Şəhər dayanıb, hər yer tıxacdır.  Mən də maşını saxlayıb metroya mindim. Əsad odur ki, gedib çata bildim. Ən gözəl nəqliyyat vasitəsi olan metro imdadımıza çatdı”. 

Abdullayevin paylaşdığı görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.