20 illik evlilik bitir?

Türkiyəli aktyor Mahir İpek 20 illik həyat yoldaşı Veda Yurtseverlə boşanır.
 

ONN media xarici KİV-ə istinadən xəbər verir ki, ikili artıq məhkəməyə baş vurub və qarşılıqlı anlaşma yolu ilə ayrılmağa qərar verib.

İddialara görə, boşanma təklifi ilk olaraq Vedadan gəlib. Aktrisa ərizəsində bu sözləri yazıb:

“Mahir İpeklə illər içində münasibətimizin korlandığı qənaətinə gəldik. Dostluğumuzun davamı üçün evliliyimizin sona çatmasına qərar verdik. Qarşılıqlı anlaşma yolu ilə boşanmaq istəyirik”.