“Aşk-ı memnu”nun aktyoru xəstəxanaya yerləşdirildi

“Aşk-ı memnu” serialının aktyoru Recep Aktuğ xəstəxanaya yerləşdirilib.
 

ONN media xəbər verir  ki, aktyorun belində olan sümüklərdən ikisi qırılıb. Bunun nəticəsində də Aktuğun ciyərlərinə su yığılıb.

Recep bu barədə özü açıqlama verib:

“Xəstəxanaya gəldim və bu barədə heç kimə demədim. Sağlam vaxtımda gəlməyən iş təklifləri indi gəldi. Necə də gülməlidir”.(axşam.az)