“Youtube” istifadəçilərinə ŞAD XƏBƏR

"Youtube" istifadəçilərin rahatlığı üçün yenilik edəcək.

ONN media Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, "Youtube"un rəsmi "Twitter" səhifəsində bu haqda məlumat paylaşılıb. Məlumatda qeyd olunub ki, ana səhifədən hansısa linkə daxil olmadan platformada görünən bütün videoların xülasəsini izləmək mümkün olacaq. Yeniliyin əsas özəlliyi isə bu videoların alt yazıları ilə nümayiş olunmasıdır.

Qeyd edək ki, "Youtube" tərəfindən belə bir addımın atılmasında əsas məqsəd platformanın keyfiyyətini yüksəltməkdir.