Sakinlərin nəzərinə: Bakıda bu yol bağlandı

Bakının A.Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.

ONN media Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu, C.Hacıbəyli və A.Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədardır.

Bildirilir ki, təmir işləri ilə əlaqədar Rəşid Behbudov küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişməsindən C.Hacıbəyli küçəsi istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.