Bu ərazidə su OLMAYACAQ

Bu gün Bakının Xətai rayonunun bəzi hissələrinə içməli suyun verilməsi dayandırılacaq. 

Bu barədə ONN media-ya “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, rayonun ərazisində yeni çəkilmiş magistral su kəmərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir küçələrində su olmayacaq. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.