Qazaxıstanda 52 nəfər avtobusda DİRİ-DİRİ YANDI – SON DƏQİQƏ – VİDEO

Qazaxıstanın Aktyubinsk vilayətində 52 nəfər sərnişin avtobusunun yanması nəticəsində həlak olub.

ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqdarespublikanın Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyətləri üzrə komitəsi bildirib.

Yanğından yalnız 5 sərnişin müxtəlif yanıq xəsarətləri ilə xilas ola bilib.

Avtobusda 55 sərnişin və iki sürücü var idi. Həlak olanların hamısı Özbəkistan vətəndaşlarıdır.