Bakıya qonaq gələn 50 yaşlı kişi itkin düşdü

Bakıda 50 yaşlı kişi itkin düşüb.

ONN media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Ağdaş rayonundan Bakıya qonaq gəlmiş, 1969-cu il təvəllüdlü İsgəndərov Cavanşir Əjdər oğlu Bakının Xətai rayonu, Salmani küçəsi, ev 5, mənzil 23-də yaşayan qohumunun evinə qonaq gəlib.

İyunun 12-də o həmin evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.