34 yaşlı kişi kombaynın altında qaldı

Ağstafa sakini kombaynın altında qalıb.

ONN media xəbər verir ki, hadisə rayonun Yaradullu kəndində taxıl sahəsində baş verib.

Kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Turxan Haqverdi oğlu kombaynın altında qalaraq ağır xəsarət alıb. O, Gəncədə olan xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.