Ərdoğandan Mursi ilə bağlı ŞOK SÖZLƏR

“Misirin keçmiş prezidenti Məhəmməd Mursi öz əcəli ilə ölməyib. O, öldürülüb”.

ONN media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı çıxışı zamanı belə deyib. O bildirib ki, Ankar bu prosesi təqib edəcək.

“Mursi məhkəmə salonunda 20 dəqiqə yerdə çırpınıb. Lakin müdaxilə edilməyib. Beynəlxalq məhkəmələrdə Misir hökumətinin istintaqa cəlb edilməsi üçün Türkiyə nə lazımdırsa edəcək. İslam Əməkdaşlıq Təşkilatını bu işi araşdırmağa dəvət edirik” – deyə Ərdoğan bildirib.