Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasında əhalinin səmərəli məşğulluğu, həyat və məişət şəraitinin yaxşılaşdırılması üzrə keçirilən tədbirlər demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən ONN media -ya Naxçıvan bürosundan bildirilib ki, 2019-cu il 1 may tarixinə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3228 nəfər artaraq 457 min nəfərə yaxın olub.