Dünən Bakıda 16 nəfəri gün vurub

Dünən havanın kəski isti keçməsi səbəbilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub.
ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Rəsmi məlumata görə, müraciət edənlərdən biri qız, biri oğlan olmaqla 2-si uşaq, 10-u kişi, 6-sı qadındır:
“Həmçinin, onlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərinə yerində yardım göstərilib”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin tibbi-meteoroloji proqnozu ilə bağlı əhaliyə xəbərdarlıq edilmişdi. Məlumatda iyunun 24-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənildiyi vurğulanmışdı.