8 aylıq hamilə qadın həkim səhlənkarlığına görə CANINDAN OLDU

Gürcüstanın Qardabani rayonunun Nəzərli kənd sakini 33 yaşlı hamilə qadın ölüb.

ONN media “Report”a istinadən xəbər verir ki, 8 aylıq hamilə olan S.Yusubova ötən gün özünü pis hiss edib. Yaxınları onu günorta saatlarında xəstəxanaya aparıblar. Həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar.

S.Yusubova evə gəldikdən bir neçə saat sonra halı pisləşib və o, yenidən xəstəxanaya çatdırılıb. Gecə saatlarında isə xəstəxanadan yaxınlarına S.Yusubovanın dünyasını dəyişdiyi bildirilib.

Qadının meyiti Rustavi şəhər Ekspertiza mərkəzinə aparılıb.

Doğmaları S.Yusubovanın ölümündə həkimləri günahlandırırlar. Onlar bildiriblər ki, qadın həkimlərin ehtiyatsızlığı səbəbindən dünyasını dəyişib.