ONN İnformasiya Agentliyi

Daha bir uşaq diqqətsizliyin qurbanı oldu

Daha bir uşaq diqqətsizliyin qurbanı oldu
27 İyun 2019 - 17:15

Bu gün Bakının Yasamal rayonu ərazisində bədbəxt olay baş verib. Pəncərədə barmaqlıqlar olmadığı üçün 3 yaşlı qız uşağı 9-cu mərtəbədən yıxılıb. Onun elə hadisə yerindəcə dünyasını dəyişdiyi bildirilib.

ONN media xəbər verir ki, bu haqda “Facebook”dakı qrupların birində məlumat paylaşılıb. Hadisə şahidlərindən biri olayın Yasamal rayonunda “Etalon market”ə yaxın binaların birində baş verdiyini bildirib.

Qeyd edək ki, son bir ayda bir neçə belə bədbəxt olay baş verib. Arzuolunmaz olaylara səbəb isə pəncərədə barmaqlıqların olmaması və valideynlərin ani diqqətsizliyidir. Valideynlər hava isti olduğuna görə pəncərələri açıq qoyurlar və bu da sonda faciə ilə sona çatır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png