Əməkdar artist əməliyyat olundu

Əməkdar artist Vidadi Həsənov xəstəxanaya yerləşdirilib.

ONN media xəbər verir ki, bu barədə APA-ya aktyor Amid Qasımov xəbər verib.

Onun sözlərinə V.Həsənov ötən gecə ürəyində yaranmış problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Aktyor dərhal əməliyyat olunub və onun ürəyinə stend qoyulub.

Aktyor hazırda xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti stabildir.