İranda ŞOK ƏMƏLİYYAT: Casus şəbəkəsi ifşa olundu

İranda ölkənin nüvə və müdafiə təyinatlı obyektlərində fəaliyyət göstərən casus şəbəkəsi ifşa edilib.

ONN media xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi informasiya yayıb.

“Qruplaşma üzvləri ötən il İran xüsusi xidmət orqanlarının səyləri nəticəsində müəyyən edilib. Onun casusları İranın gizli mərkəzləri, o cümlədən nüvə və müdafiə mərkəzlərində, həmçinin dövlət infrastrukturlarında aşkar edilib. Onların böyük hissəsi həbs edilib”, – İranın məhkəmə orqanlarının nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

Onun sözlərinə görə, casuslardan ikisinə uzunmüddətli həbs cəzası verilib. Bundan əlavə məhkəmə digər casusların işi üzrə araşdırmanı başa çatdırıb. Prokuror onlar üçün edam cəzası istəyib.