“Diriliş Osman” TRT-də yayımlanmayacaq — Gözlənilməz qərar

5 il TRT kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialının davamı olaraq çəkiləcək “Diriliş Osman” serialının da bu kanalda yayımlanacağı gözlənilsə də, serialı çəkən “Tekden Film” şirkəti gözlənilməz qərar alıb.

ONN media xəbər verir ki, şirkət “Diriliş Osman” serialının TRT-də deyil, ATV kanalında yayımlanacağını açıqlayıb:

“Diriliş Osman” serialımız bu mövsüm ATV-də izləyiciləri ilə görüşəcək. Yeni kanalımız və yeni mövsümün xeyirlərə vəsilə olmasını ümid edirik”.

Qeyd edək ki, serialın baş rolunda “Osman” obrazını Burak Özçivit canlandıracaq.(ölkə.az)