Rezidentura imtahanına gedəcək namizədlərin DİQQƏTİNƏ

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi iyulun 14-də keçiriləcək.

DİM-dən ONN media -ya verilən məlumata görə, imtahana buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.