“Yeganə” şadlıq sarayında kütləvi zəhərlənmə oldu

Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 10 nəfərdən çox xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır (Report).