Böyük Britaniya fırtınalara məruz qalacaq – ŞOK PROQNOZ

Boris Consonun Böyük Britaniyanın baş naziri seçilməsi ilə ölkə siyasəti “fırtına” və “zəlzələ”lərə məruz qalacaq.

Bu açıqlama ilə rusiyalı senator Konstantin Kosaçev çıxış edib.

Kosaçev qeyd edib ki, B.Conson XİN rəhbəri olduğu vaxt xarici siyasətdəki nizamsızlığı üzə çıxdı. Bundan sonra da ölkə siyasətində silkələnmələr başlayacaq.