Fransada nə baş verir?

Fransada havanın isti keçməsinə görə Tarn və Qaron departamentindəki Qolfeş Atom Elektrik Stansiyasının (AES) reaktorları dayandırılıb.

ONN media xəbər verir ki, AES-lərdə elektrik enerjisinə çevrilməyən termik istiliyin sərinləşdirilməsi üçün istifadə olunan çay sularının temperaturu çox yüksəkdir. Bildirilir ki, müvafiq qaydaya görə temperatur 28°C-dən çox olmamalıdır.

Digər reaktorların dayandırılması ehtimalı da var.