Türkiyədə dəhşətli qəza – 20 yaralı

Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.

ONN media xəbər verir ki, Kəmər rayonunda turistləri daşıyan avtobus dərəyə aşıb. Hadisə nəticəsində biri ağır olmaqla 20 nəfər xəsarət alıb.

Ehtimal edilir ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Araşdırma aparılır.