Putinin kortejini “partlatmaq” istədilər

Yekaterinburqda iki nəfər kişi Rusiya prezidenti Vladimir Putinin kortejini “minalamaq” istəyib.

ONN media xəbər verir ki, şübhəlilər prezidentin kortejinin hərəkət etdiyi yola bomba mulyajı yerləşdiriblər. Polis dərhal qanun pozucularını saxlayıb və onların daha əvvəl məhkumluq həyatı yaşadıqları məlum olub.

Yekaterinburq sakini olan şübhəlilər bu addımı hüquq-mühafizə orqanlarının sayıqlığını yoxlamaq məqsədilə atdıqlarını bildiriblər.