Messi sevənlərə üzücü xəbər

ONN media xəbər verir ki, Argentinayığması və “Barselona” klubunun hücumçusu Lionel Messi Amerika Kuboku-2019 turnirindəki davranışına görə cəzalandırılıb.
L.Messi bir oyunluq diskvalifikasiya edilib və 1,5 min dollar məbləğində cərimələnib. Beləliklə, o, 2022-ci il dünya çempionatının seçmə mərhələsinin start oyununda oynaya bilməyəcək.