Məşhur aktrisa telefonu ilə oynayan ərinin başına su şüşəsi vurdu

Türkiyəli aktrisa Pınar Altuğ əri Yağmur Atacanla Bodrumda dincəlir.

ONN media xəbər verir ki, cütlük nərd oynayıb və dənizə girib. Aktrisa gözünü telefondan çəkməyən ərinə qəribə şəkildə xəbərdarlıq edib. O, əlindəki su şüşəsini Yağmurun başına vurub. Bu fotolar sosial şəbəkədə müzakirələrə səbəb olub. Onlar Pınarın ailədə hegemon rolda olduğunu bildiriblər.

Bundan əlavə Pınarın çəki alması də diqqətlərdən yayınmayıb. Onlar Altuğun hamilə olduğunu düşünsə də, aktrisa bunu inkar edib.