Bakıda mikroavtobus yanıb

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.