Azərbaycanda dəhşətli hadisə- 27 heyvan tələf oldu

Göyçay rayonunda yük avtomobili qoyun sürüsünə çırpılıb.

ONN media xəbər verir ki, dünən saat 18 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində Ucar rayon sakini M.Bağıyev idarə etdiyi “Donq-Fenq” markalı yük avtomobili ilə həmyerlisi E.Cəbrayılova məxsus qoyun sürüsünü vurub. Nəticədə 27 baş qoyun tələf olub.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.