Kərəm Həsənov təltif edildi

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı sərəncam imzalayıb.

ONN media xəbər verir ki, sərəncamla Kərəm Əvəz oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə bu ordenə layiq görülüb.