5,5 min reys ləğv olundu – SƏBƏB

Avqustun 9-dan 12-dək Çinin cənub-şərqində tüğyan etmiş “Lekima” qasırğası 5,5 mindən çox reysin təxirə salınmasına səbəb olub.

ONN media bildirir ki, bu rəqəmi ölkənin Mülki Aviasiya İdarəsi açıqlayıb.

Qeyd olunur ki, göstərici Çində orta aylıq statistik rəqəmi bir neçə dəfə üstələyir.

İyul ayı ərzində ölkədə 1,8 min reys təxirə salınmışdı.

Xatırladaq ki, “Lekima” qasırğası nəticəsində 44 nəfər həlak olub.

Qasırğa Çjetsyan əyalətinə 3,4 milyard dollar, Şandun əyalətinə isə 200 milyon dollar birbaşa iqtisadi ziyan vurub.