SON DƏQİQƏ: Gəncədə 20 nəfər təxliyə edildi – YANĞIN

Gəncədə yanğın baş verib.

ONN media FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisındə 50 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.