Türkiyədə balıqçılar 5 metrlik köpəkbalığı tutdu – Video

Türkiyənin Çanaqqala şəhərində balıqçılar 5 metr uzunluğunda köpəkbalığı tutublar. 

ONN media xəbər verir ki, 1 ton ağırlığında olan köpəkbağlı balıq oçvularının dənizə atdıqları tora ilişib.

Yerli sakinlər qayıqla Babakale Limanına çıxarılan balığa böyük maraq göstərib, onunla foto çəkdiriblər.