Türk hərbçilər mühasirəyə düşdü

Türkiyə hərbçiləri Suriya ordusunun mühasirəsinə düşən Murek kəndindəki müşahidə məntəqəsini tərk etməyəcək.

ONN media xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoy deyib.

Diplomat Suriya ordusunun Mureki alacağı halda türk ordusunun buranı tərk edib-etməyəcəyi sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, Xan Şeyxunun Əsəd qüvvələrinin əlinə keçməsindən sonra Murek mühasirəyə düşüb. Burada Türkiyənin 9-cu müşahidə məntəqəsi yerləşir.