Gənc futbolçu qəzada həlak oldu

Futbol üzrə Qırğızıstan premyer-liqasında iştirak edən “Akademiya-Lider” klubunun futbolçularını aparan mikroavtobus qəzaya uğrayıb.

ONN media bildirir ki, hadisə nəticəsində komandanın 1997-ci il təvəllüdlü futbolçusu İlıç İmanbekov həlak olub.

Daha bir nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, mikroavtobus matçdan sonra Oş şəhərinə qayıdakən yolda digər avtomobillə toqquşub.