4 yaşlı uşaq binadan yıxıldı – Mingəçevirdə FACİƏ

Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb.

ONN media xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasında baş verib.

Belə ki, valideyn nəzarətindən yayınan 2015-ci il təvəllüdlü Şirəliyev Məhəmməd Elvin oğlu yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.

Ağır xəsarət alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.