Tolqahanın 3,5 aylıq oğlu filmə çəkildi – FOTO

3,5 ay əvvəl ata olan aktyor Tolqahan Sayışman baş rol oynadığı “Şampiyon” serailında oğlu Efehan ilə birlikdə kameralar qarşısına keçib.

ONN media xəbər verir ki, aktyor serialda keçmiş boksçunu oynayacaq. Serailda onun övladının körpəliyini isə oğlu canlandırıb.

Aktyor rolu üçün bir il boyunca həftədə 5 dəfə boks məşqinə gedib. Serial yaxın zamanda TRT1 ekranlarında yayımlanacaq.