Türkiyədə 15 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı “Pençe-3” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib.

ONN media-nın Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hava əməliyyatı zamanı dörd terrorçu, atışma zamanı isə iki terrorçu zərərsizləşdirilib.

Beləliklə, “Pençe-3” əməliyyatı zamanı cəmi 15 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda “Pənçə” (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.