Türk ordusunun müşahidə mövqeyi vurulub?

Türkiyənin İdlibdəki 10-cu müşahidə mövqeyi hücuma məruz qalmayıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilib ki, sözügedən mövqeyə hücum edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, mətbuatda Suriya ordusunun Türkiyənin İdlibdəki 10-cu müşahidə mövqeyini vurması haqda məlumat yayılıb.