ONN İnformasiya Agentliyi

Lukaşenkodan Putinə jest

Lukaşenkodan Putinə jest
28 Avqust 2019 - 19:30

Belarus Prezidenti Aleksandr Lukaşenko İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü ilə bağlı Polşada keçiriləcək mərasimə qatılmaqdan imtina edib.

ONN media xəbər verir ki, bu barədə “Reçpospolita” qəzeti Polşa hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Polşa Rusiya Prezidenti Vladimir Putinə dəvət göndərməyib, Lukaşenko da bu səbəbdən keçiriləcək mərasimə qatılmaq istəməyib.

Belarus Xarici İşlər Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, rəsmi Varşava SSRİ 1939-cu ildə beynəlxalq hüquq normalarını pozduğu üçün Rusiyaya dəvət göndərməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png