ABŞ bu yolla Moskvanı Afrikadan çıxarır – XİN

Vaşinqton Afrika ölkələrinə təzyiq edir ki, Rusiya silahını almasınlar. Əks təqdirdə onlara sanksiya tətbiq edəcəyini bildirir.

ONN media xəbər verir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

“Bəzi Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın Afrikada mövcudluqlarını gücləndirmək səylərini görürük. Onlar bizim müttəfiqimiz olan bəzi Afrika ölkələrini Rusiya məhsullarını almaqdan imtina etməyə təhrik edirlər”, – bəyanatda bildirilib.