ONN İnformasiya Agentliyi

Tramp səfərini təxirə saldı- SƏBƏB?

Tramp səfərini təxirə saldı- SƏBƏB?
30 Avqust 2019 - 8:03

ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri Florida ştatının sahillərinə doğru yaxınlaşan “Dorian” qasırğasına görə təxirə salınıb.

ONN media xəbər verir ki, Varşavada ABŞ nümayəndə heyətinə rəhbərliyi vitse-prezident Mayk Pens edəcəkdir.

Qeyd olunub ki, qasırğa 2 sentyabr, çərşənbə axşamı günü Florida sahillərinə çatmalıdır.

Xatırladaq ki, D.Tramp Polşaya sentyabrın 1-də Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün səfər edəcəkdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png