Trampdan utancverici hərəkət- 48dəfə yalan danışıb

ABŞ Prezidenti avqustun 20-dən 25-dək 48 dəfə yalan danışıb.

ONN media xəbər verir ki, bu nəticəyə “CNN” ekspertləri gəlib.

Onların sözlərinə görə, Tramp 6 gün ərzində 21 dəfə iqtisadiyyat haqda, 12 dəfə ticarət haqda, 11 dəfə isə Çin haqda yalan açıqlama verib.  

“Bu yay 6 gün ərzində 48 yalan açıqlama Tramp üçün orta göstəricidir. O, 8 iyuldan, ortalama hesabla, gündə 7,7 yalan açıqlama verib”, – eskpertlərin məlumatında deyilir.

Trampın yalanlarından biri sələfi Barak Obama haqda verdiyi açıqlamadır. ABŞ Prezidenti bəyan etmişdi ki, Vladimir Putin Obamanı aldadıb və bu səbəbdən sonuncu Rusiyanı “Böyük səkkizlik”də görmək istəməyib