İran peyki partlayıb? – Tehrandan açıqlama

İran İnformasiya və Texnologiyalar naziri Cavad Azəri Cəhromi ölkənin uğursuz peyk buraxılışı ilə bağlı informasiyanı təkzib edib.

ONN media xəbər verir ki, bu məlumatı Cəhromi öz Tvitter səhifəsində paylaşıb. O, “Nahid 1” peykinin hazırda sınaq meydançasında olduğunu bildirib.

Cəhromi jurnalistləri buna şahid olmaq üçün İrana dəvət edib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın NPR radiostansiyası İran peykinin kosmosa buraxılışı zamanı partlayışın olmasıyla bağlı peyk görüntüləri yayıb. Partlayışın Semnan vilayətində baş verdiyi bildirilib.