Türk ordusu Suriyadan nə vaxt çıxacaq? – Çavuşoğlu

Rusiya Türkiyənin İdlibdəki müşahidə məntəqələrinin təhlükəsizliyinə təminat verib.

ONN media xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Rusiya Bəşər Əsəd qüvvələrinin bizim İdlibdəki müşahidə məntəqələrinə hücum etməyəcəyi ilə bağlı təminat verib”, – Çavuşoğlu bildirib.

Nazir bildirib ki, Suriyadakı böhranın siyasi həlli tapıldıqdan sonra Türkiyə ordusu bu ölkəni tərk edəcək.