ONN İnformasiya Agentliyi

Dəhşətli müharibə ANONSU: bombardman davam edir – Ölənlər var

Dəhşətli müharibə ANONSU: bombardman davam edir – Ölənlər var
01 Sentyabr 2019 - 19:32

İsrail qoşunları sərhəddə yerləşən ordu bazası və hərbi texnikanın tank əleyhinə raketlə vurulmasına cavab olaraq Livanın cənubuna zərbələr endirib.

ONN media xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti bildirib.

Öz növbəsində, Livan ordusunun açıqlamasına görə, İsrail ölkənin cənubunda yerləşən qəsəbələrə 40-dan çox raket buraxıb. Qeyd edilir ki, hazırda bombardman davam edir.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb. “Hizbullah” qruplaşmasının açıqlamasında isə İsrailə məxsus hərbi maşının vurulduğu və hadisə zamanı ölənlərin olduğu bildirilib.

Benyamin Netanyahu hökumətinin rəsmi nümayəndəsi Ofir Qendelman isə İsrail tərəfdən ölən və yaralananların olmadığını söyləyib.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png