Türkiyə ordusu 4 PKK terrorçusunu zərərsizləşdirdi

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

ONN media xəbər verir ki, zərbələr İraqın şimalında yerləşən Metina və Qara rayonlarına endirilib.

Bildirilir ki, hava zərbələri nəticəsində 4 PKK terror qruplaşmasının üzvü zərərsizləşdirilib.

Qeyd edilir ki, bu gün İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 9-a çatıb.