ONN İnformasiya Agentliyi

Suriyada sülhün qarşısını kim kəsir?

Suriyada sülhün qarşısını kim kəsir?
02 Sentyabr 2019 - 8:22

Vaşinqton Suriyada provokasiya yaradaraq sülh prosesini gecikdirir.

ONN media xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin üzvü Frants Klintseviç ABŞ-ın İdlibə aviazərbələr endirməsi ilə bağlı danışarkən deyib. O, hücumların xüsusilə təhlükəsizlik riski yüksək olan yerlərə endirildiyini bildirib:

“ABŞ-ın bütün qaydaları pozan İdlib hücumu Suriyanın ən çox partlayış təhlükəsi olan bölgəsində onsuz da qarmaqarışıq vəziyyəti bir az da qarışdırmaq və beləliklə, sülh prosesini maksimum geciktirmək cəhdidir”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzi Vaşinqtonun bütün razılaşmaları pozaraq Moskva ilə Ankaranı xəbərdar etmədən İdlib vilayətində yaşayış məntəqələrinə aviazərbələr endirdiyini açıqlamışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png